01 sentyabr 2022

Prokon Türkiyədə Yeni Texniki Xidmət və Təmir Müqaviləsi İmzaladı

"Prokon" şirkətinin törəmə müəssisəsi olan "Prokon Makina, İnşaat, İmalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şti." ("Prokon Türkiye"), "Türkiye Petrol Rafinerileri A.Ş." ("Tüpraş") ilə sobaların texniki xidmət və təmir işlərinin yerinə yetirilməsinə dair yeni müqavilə imzaladığını məmnuniyyətlə elan edir.

Müqavilə "Tüpraş"ın İzmit Neft Emalı Zavodunun 5-ci (Xam Neft Qurğusu) və 21-ci (Nafta Hidrotəmizlənməsi/Desulfurizasiya Qurğusu) texnoloji bloklarında yerləşən sobaların texniki xidmət və təmir işlərini əhatə edir.

Zavodun planlı dayandırılması dövründə iki xam neft sobası (hava qızdırıcıları daxil olmaqla), bir vakuum sobası (hava qızdırıcısı daxil olmaqla) və bacası ilə birlikdə bir turş qaz yandırma sobasına texniki xidmət göstəriləcəkdir. İşlərin 2022-ci ilin oktyabr ayının əvvəlində başlaması və 30 gün ərzində yekunlaşdırılması planlaşdırılır.

"Nobel Energy" şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib: "Prokon Türkiyənin ”downstream” nəhəngi olan “Tüpraş” ilə əvvəlki strateji müqavilə üzrə bütün əsas öhdəliklərini uğurla yerinə yetirib. Şirkətin illik planlı dayandırma proqramındakı ən kritik texniki xidmət və təmir paketlərindən birinin ”Prokon”a həvalə edilməsi sifarişçinin bizə etibarlı tərəfdaş kimi bəslədiyi yüksək inamın göstəricisidir. Əminəm ki, “Prokon” həm cari, həm də gələcək layihələrdə yüksək keyfiyyətli nəticələr nümayiş etdirərək “Tüpraş”ın perspektiv təşəbbüslərində etibarlı tərəfdaş mövqeyini qoruyub saxlayacaqdır."

Cari işlər çərçivəsində "Prokon" tərəfindən sobaların korlanması, sökülməsi, təmizlənməsi, boruların dəyişdirilməsi, yenidən yığılması və müxtəlif soba komponentlərinin quraşdırılması həyata keçiriləcəkdir. İşlərin pik dövründə layihəyə təxminən 110 nəfərlik heyət, o cümlədən 90-a yaxın boru quraşdırıcısı və 16 qaynaqçı səfərbər olunacaqdır.