01 aprel 2022

Prokon Türkiyədə Strateji Təmir və Qoruyucu Mədənlərin Modifikasiyası Müqaviləsini İmzalayır

"Prokon" şirkətinin törəmə müəssisəsi olan "Prokon Makina, İnşaat, İmalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şti." ("Prokon Türkiye"), İzmit Neft Emalı Zavodunun Çən Parkındakı müxtəlif tutumlu çənlərin dənizdə modernizasiyası və təmiri işlərinin yerinə yetirilməsi məqsədilə "Türkiye Petrol Rafinerileri A.Ş." ("Tüpraş") şirkəti ilə müqavilə imzaladığını məmnuniyyətlə elan edir.

Müqavilə çərçivəsində "Prokon Türkiye", sözügedən infrastruktur obyektlərinin istismar müddətinin uzadılması məqsədilə xam neft, dizel, benzol, benzin və su saxlanılan altı saxlama çəninin yenidən qurulması və təmir-bərpa işlərini həyata keçirəcəkdir.

Müqavilənin icra həcminə altı çən üzrə isgələ quraşdırılması, şırnaqla təmizləmə və rəngləmə işləri, həmçinin iki çən üzrə metal konstruksiya işləri daxildir. Çənlərin diametri 25 metrdən 60 metrədək, orta hündürlüyü isə 14 metr təşkil edir. Müqavilənin icra müddəti 14 aydır.

"Nobel Energy" şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib: "Təsis edildiyi 2012-ci ildən etibarən "Prokon" həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra irimiqyaslı sənaye tikintisi layihələrini uğurla icra etmişdir. Bununla belə, Türkiyə sənayesinin nəhəngi olan "Tüpraş" ilə imzalanmış bu saziş "Prokon"un tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla, şirkətin Türkiyənin yüksək rəqabətli tikinti sektoruna daxil olmasına zəmin yaradır.

Türkiyə tikinti sənayesi sahəsində uzun illərdir ki, qlobal miqyasda tanınır və dünyada tikinti xidmətləri ixrac edən aparıcı ölkələrdən biridir. Dünyanın ən böyük tikinti xidmətləri tədarükçülərindən biri olan Türkiyə bazarına öz sınaqdan keçmiş təcrübə və peşəkarlığımızı ixrac edən Azərbaycan şirkəti olmaqdan böyük qürur hissi duyuruq."

"Prokon" 3 fevral 2022-ci il tarixindən etibarən "Tüpraş"ın qeydiyyata alınmış rəsmi podratçısı statusuna malikdir və cari müqavilə üzrə yüksək keyfiyyətli nəticələr nümayiş etdirərək, "Tüpraş"ın gələcək layihələrində də etibarlı tərəfdaş mövqeyini qoruyub saxlamağı hədəfləyir.